Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəşad Dağlının oğlu yarışda birinci oldu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif uğur qazanıb.

Axşam.az xəbər verir ki, Yusif Gəncədə keçirilən karate yarışında iştirak edib və birinci yerə layiq görülüb. O, sevincini sosial şəbəkədə paylaşdığı video ilə izləyiciləri ilə bölüşüb.

Yusif əldə etdiyi qələbəni mərhum dayısına həsr etdiyini bildirib:

"Bu qələbəni dayıma həsr edirəm. O, bir müddət əvvəl rəhmətə gedib. Bu gün onun 40 mərasimi idi."

Qeyd edək ki, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.