Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İstirahətə oğlu ilə yollanan Oksananın başına iş gəldi - İKİSİ DƏ XƏSTƏXANALIQ OLDU

İstirahətə oğlu ilə yollanan Oksananın başına iş gəldi - İKİSİ DƏ XƏSTƏXANALIQ OLDU

Rəqqasə Oksana Rəsulova Batumidə xoşagəlməz hadisələrlə üzləşib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəqqasə sosial şəbəkə hesabında paylaşım edib. 

O ailəsi ilə birgə keçirdiyi 6 günlük Batumi tətilində qaldıqları hoteldən şikayətlənib:“Əgər Batumiyə getməyi planlaşdırırsınızsa, xüsusilə də uşaqlarla gedirsinizsə, “Orbit” hotellər şəbəkəsində qalmazdan əvvəl yaxşı düşünün. İlk növbədə, hotelin təmizliyi bizi çox məyus etdi. Ətrafda zibil və natəmizlik var idi. Uşaqların görməməli olduğu şeyləri görməsi məni bir ana kimi çox narahat etdi. Təxminən saat 2-də, binada həyəcan siqnalı verildi və hamının binadan çıxması tələb olundu. Biz 39-cu mərtəbədə qalırdıq. Mən öz uşağımla, qardaşım isə ailəsi və iki uşağı ilə birlikdə 39-cu mərtəbədən pilləkənlərlə aşağı düşməli olduq. Demək olar ki, ayaqyalın idik. Minlərlə insanla birlikdə hamımız binadan çıxarıldıq. Amma ən qəribəsi o idi ki, heç kim bizə nə baş verdiyini düzgün izah edə bilmirdi”.

O. Rəsulova bildirib ki, hotelə ilk gəldikləri gün qardaşı ailəsinin qaldığı otağın qapısında da problem olub: “Hotel əməkdaşları dedilər ki, qapı artıq təmir olunub. Əslində qapı təmir olunmamışdı. Axşam hoteldə heç kim qalmadığı vaxt biz bunu gördük. Qapı düzgün vəziyyətdə deyildi. Qardaşımın ailəsi otağa daxil olduqdan sonra qapının kilidini yerinə qoyanda bağlandı və onlar daha otaqdan çıxa bilmədilər. Təsəvvür edin, gecə vaxtıdır, otaqda uşaqlar var və qapı açılmır. Biz hotelin resepsiyonuna müraciət etdik, amma orada da bizə kömək edə bilmədilər. Təxminən 2–3 saatdan sonra qapını açmaq mümkün oldu”. 

Rəqqasə həmçinin çimərliyin natəmiz olması səbəbindən bağırsaq infeksiyasına yoluxduqlarını qeyd edib: “Dənizin vəziyyəti ilə bağlı da çox məyus oldum. Çox insanın çimdiyi dənizin təmizliyi məndə ciddi narahatlıq yaratdı.Təəssüf ki, oğlum da Batumidə xəstələndi. Səhər saatlarında çimərlikdə o qədər çirk və natəmizlik görürsən ki, insan həqiqətən dəhşətə gəlir. Ətrafda çoxlu sahibsiz itlər də var. Belə bir şəraitdə, xüsusilə immunitetiniz zəifdirsə, hər hansı infeksiyaya yoluxmaq çox asandır. Təəssüf ki, biz də bağırsaq infeksiyasına yoluxduq — mən və oğlum Usman. Nəticədə Batumi xəstəxanasına düşdük və burada üç gün qaldıq”.