Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aygün Kazımova ikonik obrazını 24 il sonra yenidən etdi FOTOLAR

Aygün Kazımova ikonik obrazını 24 il sonra yenidən etdi FOTOLAR

Pop diva Aygün Kazımova “Dream Fest”in qırmızı xalısında nümayiş etdirdiyi 24 il əvvəlki ikonik obrazı ilə yenidən gündəmi zəbt edib.   Gəlin zamanın sınağından çıxan bu obrazın yaranma tarixçəsinə qısa bir səyahət edək.  

24 il əvvəl Azərbaycanda ilk dəfə keçirilən “Best Model” beynəlxalq model yarışması ölkə üçün əlamətdar hadisə idi. Dünyaca məşhur layihəni Azərbaycana gətirən isə məhz Aygün Kazımova olmuşdu.  

Həmin dövr üçün təşkilati baxımdan olduqca çətin, hətta bir çoxlarına mümkünsüz görünən bu möhtəşəm layihənin bütün məsuliyyətini Aygün Kazımova öz üzərinə götürmüşdü. Yük nə qədər ağır olsa da, bu, onun üçün yeni deyildi. Çünki sənətə gəldiyi ilk gündən Aygün Kazımova məhz mümkünsüz görünən işləri gerçəkləşdirməyi bacarıb.  

Məhz bu yarışma ərəfəsində o, qarşısına maraqlı bir məqsəd qoyur: dünyanın müxtəlif ölkələrindən gələn peşəkar modellərin yanında özü də model qədər zərif və uyğun görünməlidir. Bunun üçün xeyli çəki atır, görünüşü üzərində ciddi çalışır. Boy fərqini vizual olaraq minimuma endirmək üçün isə stilistlər onun üçün hündür effekt yaradan, sonradan əfsanəyə çevrilən həmin saç düzümünü hazırlayırlar.  

Beləcə, 24 il əvvəl yaranan bu obraz zamanın sınağından keçərək Aygün Kazımovanın ən yaddaqalan və ikonik imiclərindən birinə çevrilir. İllər sonra isə pop diva həmin obrazı “Dream Fest”in qırmızı xalısında yenidən canlandıraraq həm nostalji hisslər oyadır, həm də bir daha sübut edir ki, əsl ikonalar heç vaxt dəbdən düşmür.  

Maraqlı məqamlardan biri də Aygün Kazımovanın təşkil etdiyi yarışma təşkilatçılıq üzrə bütün ölkələr arasında baş tutan yarışmalar arasında birinciliyə layiq görülür.  #aygunkazimova #aygünkazımova