Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu“ - MANAF DAVALARDAN BEZİBMİŞ

“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu“ - MANAF DAVALARDAN BEZİBMİŞ

“Bu il xaricə istirahətə getmədim. Rayonlarımızda dincəldim. Bəzi səbəblər oldu ki, xaricə çıxmadım. Qubada, İsmayıllıda, Qəbələdə oldum”.

Bu sözləri müğənni Manaf Ağayev Axşam.az-a açıqlamasında deyib. Sənətçi verilişlərdəki dəyişikliklərdən danışıb:

“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu. 40 illik stajım var, mənə qadağa qoyulmaz. Qoysalar da, ehtiyac yoxdur. İnstaqramım elə bir efirdir.Düz etdilər, efir davasız keçmirdi. Elə bil verilişə oxumağa yox, davaya gedirdik. Qalmaqal olar, amma hər dəfə yox. Kimə lazımdır sən ərə getdin, getmədin? Şou bir dəfə olar. Ağını çıxartdılar. Yadda qalmaq üçün hər gün dava edirdilər.

Bundan sonra verilişə çıxdığım adamlara fikir verəcəyəm. Buna qədər etmirdim. Bilirdilər ki, çılğınam, qalmaqala çəkirdilər. İndi mənim yaşıma, başıma qalmaqal yaraşmır”.

M.Ağayev bir müddət əvvəl verdiyi "65 yaşımdan sonra toylara getməyəcəyəm" açıqlamasına aydınlıq gətirib:

"Oxuyacağam, ölənə qədər oxuyacağam. Amma müəyyən, seçmə məclislərdə. Yaşın bir vaxtı var. Yorulsam, getmərəm. Ehtiyac ucbatından hər toya gedirsən. İndi seçmə toylara gedəcəyəm