Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb.
Aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı, 2006-2017-ci illərdə Lider televiziyasında baş rejissor və kanalın direktor müavini, 2017-2018-ci illərdə İctimai televiziyada Musiqi və xüsusi layihələr departamentinin direktoru, 2018-2023-cu illərdə Mədəniyyət kanalının direktor müavini, 2023-2026-ci illərdə MTV Azərbaycan kanalında musiqi departamentinin direktoru vəzifələrində çalışıb.