Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

16 il sonra yeni duet gəlir

16 il sonra yeni duet gəlir

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun illər əvvəl böyük maraqla qarşılanan duet layihəsi yenidən gündəmə gəlib.

Pop diva Namiq Qaraçuxurlu ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşaraq “Gəlirəm” sözlərini yazıb.

Aygün Kazımova paylaşımında sözügedən fotonun açıqlamasını sentyabrın 4-də verəcəyini bildirib.

Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlunun birgə ifaları uzun illər əvvəl oxunsa da hələ də gündəmdədir.