Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Araz" supermarketdən cavabsız qalmayan yaxşılıq - TƏSİRLİ REAL HADİSƏ

"Araz" supermarketdən cavabsız qalmayan yaxşılıq - TƏSİRLİ REAL HADİSƏ

Bəzən insanın gününü dəyişən şey heç də böyük bir hadisə olmur…  

Bir neçə gün əvvəl sosial şəbəkədə bir paylaşım gördüm. Açığı, əvvəlcə adi bir müştəri hekayəsi kimi oxumağa başladım. Amma sonuna çatanda düşündüm ki, bunu paylaşmaq lazımdır.   Söhbət Araz Supermarketin Abşeron Gənclər Şəhərciyindəki filialında baş verən kiçik bir hadisədən gedirdi.  

 

Bir xanım alış-veriş edir. Məhsullara baxır, seçim etməyə çalışır. Bu zaman marketdə çalışan Nərgiz xanım onun tərəddüd etdiyini görür və yaxınlaşır:   — Nəsə alacaqsan, bala?   Müştəri soruşur:  

— Siz burada işləyirsiniz?  

Cavab isə mənə bu hekayənin ən gözəl yeridir:  

— Bəli. Gördüm boylanırsan, evə gedirdim, dedim səni yola salım, elə gedərəm.   Bax, məsələ də elə budur.  

Nə böyük bir jest var burada, nə xüsusi bir nümayiş. Sadəcə insanın insana diqqəti var.  

 

Müştəri bunu unutmur. Evə gedəndən sonra hadisəni sosial şəbəkədə paylaşır, Nərgiz xanımın əməyinin qiymətləndirilməsinin vacibliyini yazır.  

Və bir neçə gün sonra Araz Supermarketdən həmin paylaşımın cavabı gəlir.   Nərgiz xanım mükafatlandırılır, ona təşəkkür sertifikatı təqdim olunur.   Şəkilə baxanda düşündüm ki, əslində, bu sertifikat təkcə bir əməkdaşa verilən mükafat deyil.   Bu, yaxşı davranışın görüldüyünü göstərən bir təşəkkürdür.  

Və məncə, həyatın içində belə balaca, amma ürəyə toxunan hekayələrə bir az da çox ehtiyacımız var.  

Çünki insan bəzən iş yerində sadəcə öz vəzifəsini yerinə yetirmir. Birinin gününü, əhvalını dəyişir.   Nərgiz xanıma halal olsun. Onu görüb bu hekayəni paylaşan müştəriyə də təşəkkür düşür.   Ən əsası isə odur ki, yaxşılıq bu dəfə cavabsız qalmadı. ❤️