Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu il Avroviziyaya Murad Arif gedir?

Bu il Avroviziyaya Murad Arif gedir?

 

HITMAKER Murad Arif Avroviziya mahnı müsabiqəsi ilə bağlı İTV-yə eyhamlı çağırış edib.

 

Sənətçi çoxdankı videosunu paylaşaraq “İndi 10-15 kilo arıqlamışam” deyərək məzəli eyhamı ilə İTV-yə səslənib. O bildirib ki, yaradıcılığı Avroviziya formatına uyğundur:

 

“Musiqiçi kimi deyirəm, mənim musiqilərim Avroviziya üçündür. Çünki çılğındır. İndi Avroviziya İTV-nin kurasiyasındadır. Bir ilahi qüvvə məni onların ağlına gətirsin. Mənim yaradıcılığım Avroviziya formatındadır”.

 

Qeyd edək ki, sənətçi illərdir müsahibələrində Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil etmək istədiyini dəfələrlə bildirib.