Tanınmış aparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyeva, White Star Beynəlxalq Təmizlik Şəbəkəsinin təsisçisi, iş adamı Kamran Səmədovla birlikdə Kəmalə Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyini ziyarət ediblər.
Görüş zamanı hörmətli Kamran Səmədov uşaqların təhsilinə və inkişafına dəstək məqsədilə onlara kompüterlər hədiyyə edib.
Uşaqlar bizim gələcəyimizdir. Onların təhsilinə və inkişafına göstərilən hər bir dəstək gələcəyə qoyulan dəyərli sərmayədir.