“Avroviziya 2011” qalibi Nigar Camal doğum günü münasibətilə paylaşım edib.
Müğənni sosial şəbəkə hesabında 40 yaşdan sonrakı həyatla bağlı düşüncələrini bölüşüb:
“Həmişə düşünürdüm ki, qırx yaşdan sonra həyat necə olur? Bu, nəhayət, öz xoşbəxtliyindən, rahatlığından və daxili sakitliyindən zövq almağa başladığın illərdir. Eyni zamanda, sevdiyin insanları daha çox qiymətləndirir və qoruyursan. Lazımsız insanlar isə həyatdan yavaş-yavaş özləri çıxıb gedirlər və yanında yalnız ən yaxın, ən səmimi insanlar qalır.
Əlbəttə, problemlər və çətinliklər heç yerə yox olmur. Amma artıq onları sakitliklə və kiməsə nəyisə sübut etmək istəmədən həll etməyi öyrənirsən.
Həyatımda olan, məni sevən və qiymətləndirən hər kəsə – valideynlərimə, qızlarıma, dostlarıma və mənim də sonsuz dərəcədə sadiq olduğum bütün yaxınlarıma çox minnətdaram. Həyatımda olduğunuz üçün təşəkkür edirəm. Sizi hamınızı çox sevirəm, qiymətləndirirəm və sizinlə fəxr edirəm”.