Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elza Seyidcahan Leyla Əhmədovanın saxlanılması xəbərindən danışdı

Elza Seyidcahan Leyla Əhmədovanın saxlanılması xəbərindən danışdı

Bir neçə gündür modelyer Leyla Əhmədovanın saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Axşam.az xəbər verir ki, dələduzluqda ittiham edilən modelyerin bir neçə əməldə günahlandırıldığı iddia olunur. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bununla bağlı Axşam.az-a danışan Əməkdar artist Elza Seyidcahan modelyerlə bağlı xəbərə reaksiya verib:

“Xəbəri sosial şəbəkədə gördüm. Bu yaxınlarda tədbiri olacaqdı. Bununla bağlı ona mesaj yazdım, sonra fikir verdim ki, mesajım ona çatmayıb. Leyla Əhmədova haqqında “dələduz” ifadəsinin yazılması düzgün deyil. O, vətənini sevən insan olub. Ən əsası, Allaha həmişə sığınıb, inanıb və hərəkət edib. Bu, ona kökdən, ailədən miras olaraq ötürülüb.

Həyat keşməkeşlidir. Sınaqlar insanı ayıldır, daha müdrik və daha güclü edir. Allaha təvəkkül. Ümid edirəm, Leyla Əhmədova ilə bağlı yaxşı xəbər alacağıq”.