Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.