Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünyanın ən varlı insanlarının siyahısı - TOP 10 AMERİKALILARDIR

Dünyanın ən varlı insanlarının siyahısı - TOP 10 AMERİKALILARDIR

Dünyanın ən zəngin insanlarının “Bloomberg” tərəfindən hazırlanan reytinqində ilk 10-luğun tamamını amerikalılar təşkil edib.

Siyahıya 919 milyard dollar sərvəti ilə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask başçılıq edir.

İkinci pillədə “Google”un həmtəsisçisi Larri Peyc 286 milyard dollar sərvətlə qərarlaşıb. “Amazon”un qurucusu Ceff Bezos isə 274 milyard dollarla üçüncü olub.

İlk onluqda, həmçinin “Google”un həmtəsisçisi Sergey Brin (266 milyard dollar), “Dell”in qurucusu Maykl Dell (245 milyard dollar), “Meta”nın rəhbəri Mark Zukerberq (229 milyard dollar), “Oracle”un həmtəsisçisi Larri Ellison (208 milyard dollar), “Nvidia”nın rəhbəri Jensen Huang (181 milyard dollar), “Microsoft”un sabiq rəhbəri Stiv Balmer (172 milyard dollar) və investor Uorren Baffet (144 milyard dollar) yer alıb.

Beləliklə, “Bloomberg”in 2012-ci ildən hazırladığı reytinqdə ilk dəfə ilk 10 pillənin hamısını ABŞ vətəndaşları tutub. Fransalı milyarder, LVMH qrupunun sahibi Bernard Arnonun sərvətinin 143 milyard dollara düşməsi onun 11-ci pilləyə geriləməsinə səbəb olub.