Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sərxan Kərəmoğluna Rusiyaya GİRİŞ QADAĞASI QOYULUB

Sərxan Kərəmoğluna Rusiyaya GİRİŞ QADAĞASI QOYULUB

Tanınmış müğənni və şoumen Sərxan Kərəmoğlu Rusiyaya girişlə bağlı problem yaşadığını açıqlayıb.

Kərəmoğlu sosial media hesabında paylaşım edərək son iki ay ərzində Rusiya Federasiyasına girişinin mümkün olmadığını bildirib. O, paylaşımında Rusiyaya girişinə “STOP” qoyulduğunu qeyd edib.

Şoumen məsələ ilə bağlı nümayəndələrinin artıq çalışdığını və vəziyyətin həlli üçün müəyyən zaman lazım olduğunu yazıb:

“Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Vəkillər məşğul olur artıq. Mənə yanlışlıqla STOP qoymağın fərindəyəm. Ancaq bunu sübut etməyə zaman lazımdır.”

Sərxan Kərəmoğlu Rusiyada toy idarə etmək üçün verdiyi sözlərə görə də üzr istəyib və hər kəslə ayrı-ayrılıqda danışaraq çıxış yolu tapacağına inandığını bildirib.

Qeyd edək ki, Kərəmoğlu paylaşımında Rusiyaya girişə qoyulan məhdudiyyətin səbəbi barədə konkret məlumat verməyib.