Bir neçə gündür sosial şəbəkədə müğənni Rəqsanənin 5-ci dəfə ana olması ilə bağlı xəbər yayılıb.
SHOWNEWS.AZ xəbər verir ki, Rəqsanə yayılan xəbəri yalan adlandırıb:
"Reytinq xatirinə məni 5-ci dəfə ana etmisiz. Mən 4 uşaq anasıyam. 5-ci uşaq olsa, hər kəsə xəbər edəcəyəm. Üzümü tuturam bəzi saytlara, yığışdırın özünüzü".
Müğənni əlavə edib ki, Aysun, Yağmur, Mihrimah və Muhammed Əlidən başqa övladı yoxdur.