Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xuraman Şuşalı milli obrazı ilə diqqət çəkdi - FOTOLAR

Xuraman Şuşalı milli obrazı ilə diqqət çəkdi - FOTOLAR

Müğənni Xuraman Şuşalı yeni fotosessiyasını təqdim edib.

Sənətçi fotosessiyada milli motivlər üzərində qurulan fərqli obrazı ilə kamera qarşısına keçib. Qırmızı və yaşıl rənglərin üstünlük təşkil etdiyi libas, üzərindəki milli ornamentlər, iri sinə aksesuarları və başındakı ənənəvi papaq obrazın əsas detallarıdır.

Xuraman Şuşalının baş geyiminə yerləşdirilən dekorativ qılınc isə fotosessiyaya xüsusi xarakter qatıb. Sənətçinin müxtəlif pozalarda çəkilən fotolarında milli geyim elementləri müasir makiyaj və stil ilə birləşdirilib.

Fotosessiya sosial şəbəkələrdə də maraq doğurub. Sənətçinin yeni görüntüləri izləyicilər tərəfindən müzakirə olunub.

Xuraman Şuşalının yeni fotosessiyasından görüntüləri təqdim edirik: