"Döngə" rok qrupu mərhum reper Hüseyn Dəryanın "Məktub" mahnısına çəkilmiş klipi təqdim edib.
Musiqiçilər bəstəni öz üslublarına uyğun aranjiman etdirib. Replə rokun sintezi olan mahnı və klip Hüseyn Dəryanın xatirəsinə həsr olunub.
Videoklipin süjeti tamaşaçını 2000-ci illərin ab-havasına aparır. Səhnələrdən birində Hüseyn Dəryanın iştirak etdiyi veriliş nümayiş olunub. Klipin əsas qəhrəmanlarından biri isə reperin yaradıcılığına böyük maraq göstərən oğlandır.