Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bu ay 2 nəfəri polisə vermişəm" Aybəniz Haşımovanın qızı

"Bu ay 2 nəfəri polisə vermişəm" Aybəniz Haşımovanın qızı Bu gün əməkdar artist Aybəniz Haşımovanın "Azərbaycanda bütün internet portalları bağlansın" açıqlamasından sonra, qızı Aynişan da müzakirələrə səbəb olan açıqlama ilə çıxış edib. SHOWNEWS.AZ xəbər verir ki, Aynişan bu ay ərzində 2 nəfəri onu təhqir etdiyi üçün polisə verdiyini deyib: "Bu ay düz 2 sosial mediya istifadəçisini polisə vermişəm. Ünvanıma etdiyi təhqir və böhtana görə.Və çox şükür ki nəyin ki özü,bütün ailə üzvlərinə kimi tapılıb. Mən və mənim ailəm həmişə suyu belə üfürə üfürə içmişik. Heç kimə ixtiyar vermirik bizim adımızı durduq yerə hallandırsın.Özündən şər böhtanlar uydurub ünvanımıza səsləndirsin və ya təhqir etsin. Orda burda yazdıqlarınızı sağolsun dostlar screenshot vasitəsi ilə bizə göndərirlər.Şərh yazan insanın kimliyi bir neçə saat ərzində müəyyənləşir. Sağolsun lazımı qurumlar ki bu məsələlərə lazımı həssaslığı göstərib haqqımızın tapdalanmağına icazə vermirlər. Sonradan üzürlər istəyib,əf diləməkdənsə dilinizə sahib çıxın! Mənə və ailəmə reputasiyamız çox önəmlidi,ona kölgə gətirmək istəyən hər kəs lazımı cəzasını alıb və alacaq!".