Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin” - AĞAMİRZƏ VƏSİYYƏTİNİ AÇIQLADI

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin” - AĞAMİRZƏ VƏSİYYƏTİNİ AÇIQLADI

Meyxanaçı Ağamirzə Məmmədov vəsiyyətini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “MTV”yə açıqlamasında danışıb. Ağamirzə bildirib ki, dünyasını dəyişdikdən sonra övladlarından onun üçün ağlamamalarını, dua etmələrini istəyib:

“Dünyamı dəyişəndə balalarıma demişəm, ağlayıb başınıza vurmayın. İki rükət namaz qılın, dua edin ki, atamızın günahını bağışlayın. İnsanlara deyirəm, gəlib yasımda 3-4 saat oturmayın. 5-10 dəqiqə oturub gedin. Yasımda yemək verilməsin, vəsiyyət etmişəm. Bir stəkan çay için, “Allah rəhmət eləsin“ deyib gedin. Oturub lətifə danışırlar, söhbət edirlər. Bu mənim vəsiyyətimdir”.