Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Belə kişidən boşanmaq lazımdır"

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb.

Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

“İkisi də işləyir. Amma evə pul vermirlər. Maaş hara gedir, qadının xəbəri yoxdur. Soruşuram, evə ərzağı kim alır? Bazarlıq etmir. Maaş alır və kənara xərcləyir. Uşağa, evə pul xərcləmir. Mənəvi və maddi qadının yanında deyillər. Həyat yoldaşı öhdəliklərini yerinə yetirmirlər. Belə kişidən boşanmaq lazımdır. 

Uşaqlarına ərzaq almaya bilərsən? Qadın alır, bişirir, o da gəlib yeyir. Niyə demirsən ki, zəngin qadın deyiləm axı, kişi saxlayım?”.