Mətn: HITMAKER Murad Arif Heydər Əliyev Sarayında baş tutan üçüncü konsertindən teaser paylaşaraq, pərəstişkarlarına növbəti konsertlə bağlı müjdə verib. Paylaşımda isə xüsusilə diqqət çəkən məqam Murad Arifin yazdığı həştəq olub. Sənətçi uzun müddətdir gözlənilən böyük konsert müjdəsini olduqca iddialı bir ifadə ilə yekunlaşdırıb. Belə ki, Murad Arif postun sonunda “ən böyük ulduz özüməm” qeydini edib. İndi isə maraqlı sual yaranır: bu, yeni mahnının sözləridir, yoxsa HITMAKER-in növbəti iddiası?