Xalq artisti Məleykə Əsədovanın ailəsində bədbəxt hadisə baş verib.
"Qafqazinfo” xəbər verir ki, sənətçinin bacısı qızı, 29 yaşlı Mina ötən gün İranda vəfat edib.
3 qız anası olan Mina yenicə oğul övladını dünyaya gətiribmiş. O xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da , 13 yaşlı bacısı vəfat edib.