Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş vəfat edib.
Axşam.az xəbər verir ki, hadisə Mersində baş verib. Sezen Taş yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan 34 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.