Müğənni Samirə Rəcəbli toyundan bir gün əvvəl yeni klipini təqdim edib.
Sənətçi aktyor və model Əzizxan Əzizovla ailə qurub. Cütlükdən üç ay əvvəl gələn orijinal evlilik təklifi isə sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. Samirə Rəcəbli həmin vaxt Əzizxanın evlilik təklifinə “hə” cavabı vermişdi.
Müğənni yeni ekran işində yer alan “Səni sevdim” mahnısını həyat yoldaşına həsr etdiyini bildirib. O, mahnının mətnində Əzizxana işarə edən “Əzizim” sözünün də yer aldığını və həyat yoldaşının klipdə çəkildiyini qeyd edib.
“Səni sevdim” mahnısının sözləri və musiqisi xüsusi olaraq bu layihə üçün yazılan Gülnar Sultanovaya məxsusdur. Mahnının aranjimanını Şahin Tayfun edib. Klipin rejissoru isə Rəşad Öm ürdür.