Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bu gün məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyirəm”

“Bu gün məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyirəm”

Aparıcı Lalə Azərtaş məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.

O, 1988-ci ildə ibtidai sinif müəlliməsi Nahidə xanımla çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşaraq fikirlərini bölüşüb. Lalə Azərtaş məktəbli formasının uşaqları birləşdirdiyini vurğulayıb:

“Bu gün məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyirəm. Mən hər kəsin inancına, dini etiqadına sonsuz və çox böyük hörmətlə yanaşıram. Amma məktəbin də öz nizamının, öz qaydalarının, öz simasının olmasını vacib sayıram.

Gəlin, inancı inanca, insanı insana qarşı qoymayaq! Bir-birimizin həssasiyyətinə hörmət edərək ortaq yol tapaq.

Unutmayaq, məktəb uşaqlarımızın ilk böyük həyat dərsidir. Qoy o dərsin adı qarşıdurma deyil, birlik, bərabərlik və qarşılıqlı hörmət olsun! Çünki uşaqlarımıza qoyacağımız ən gözəl miras təkcə təhsil deyil, bir-birinə hörmət etməyi bacaran cəmiyyətdir”.

Aparıcı paylaşımında uşaqlıq illərini də xatırladaraq məktəbli formasının onları eyni məktəbin və eyni arzuların uşaqları kimi birləşdirdiyini qeyd edib.