Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Uşaqlarımızın təhsili heç bir siyasi marağa qurban verilməməlidir"

"Uşaqlarımızın təhsili heç bir siyasi marağa qurban verilməməlidir"

“Azərbaycanın suverenliyini, dünyəvi dövlət quruluşunu və milli maraqlarını qorumaq hər birimizin məsuliyyətidir. Hər kəsin öz düşüncəsi və inancı ola bilər. Lakin bu, ictimai qarşıdurmaya səbəb olmaq, məktəbləri ideoloji mübarizə meydanına çevirmək üçün əsas deyil".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yazıb. Son günlər məktəblərdə geyim qaydaları haqda məsələyə münasibət bildirən ifaçı bunları əlavə edib:

"Azərbaycanın daxili məsələləri kənar təsirlərlə deyil, ölkəmizin qanunları çərçivəsində həll olunmalıdır. Uşaqlarımızın təhsili və cəmiyyətimizin sabitliyi heç bir siyasi və ideoloji marağa qurban verilməməlidir. Fərqli düşünə bilərik, amma bizi birləşdirən dəyər Azərbaycandır!”.