Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aysel Şükürün eks həyat yoldaşı aliment borcuna görə həbs edildi

Aysel Şükürün eks həyat yoldaşı aliment borcuna görə həbs edildi Aysel Şükürovanın keçmiş həyat yoldaşı aliment borcuna görə 10 sutkalıq inzibati həbs edilib Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov uzun müddətdir ödənilməyən aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs edilib. Məlumata görə, tərəflər arasında bundan əvvəl də hüquqi müstəvidə mübahisələr yaşanıb. Təxminən bir il əvvəl Oqtay Əhmədovun TikTok və Instagram sosial şəbəkələrində açdığı canlı yayımlarda Aysel Şükürova barəsində təhqir və böhtan xarakterli ifadələr səsləndirdiyi iddia olunub. Həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə hüquqi proses aparılıb və aprel ayında bu iş üzrə də cəza tətbiq edilib. Bu gün isə aliment öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ayrıca işə baxılıb və məhkəmənin qərarı ilə Oqtay Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum edilib