Bir neçə gün öncə Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, aktyorun qızı Sara Əliyeva atası ilə arxiv fotolarını paylaşaraq onunla bağlı duyğusal sözlər yazıb.
“Ata, məni niyə yetim qoydun, ay ata? İndi atalı olanlara mən necə baxım? Nəfəsim idin mənim, nəfəssiz qoydun məni” deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, mərhumun nəşi bu gün Azərbaycana gətirilib. A. Fətullayev Lerik rayonunda doğulduğu Çayrud kəndində dəfn olunacaq.