Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tolik “Altı üstü İstanbul” serialının çəkiliş məkanında - FOTOLAR

Tolik “Altı üstü İstanbul” serialının çəkiliş məkanında - FOTOLAR

Tanınmış prodüser Tolik (Tarix Əliyev) Türkiyənin İstanbul şəhərində səfərdədir. Prodüser səfəri zamanı Türkiyənin ATV telekanalında yayımlanan və son dövrlər tamaşaçıların marağına səbəb olan “Altı Üstü İstanbul” serialının çəkiliş məkanlarını ziyarət edib.

Tolik serialda tez-tez gördüyü küçələri, məhəllələri gəzərək həmin məkanlarda fotolar çəkdirib. O, xüsusilə serialın diqqətçəkən məkanlarından olan Ziyankâr məhəlləsində lentə aldığı görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Prodüser paylaşımına bu sözləri yazıb:

“Nəhayət, Ziyankâr məhəlləsindəyəm! ❤️ «Altı Üstü İstanbul» serialında gördüyüm bu küçələrdə gəzdım, şəkillər çəkdirdim. Serialda izlədiyim yerləri canlı görmək tamam başqa hiss imiş.