Prezident İlham Əliyevin qızı Leyla Əliyeva və gəlini Alyona Əliyeva “Rezonans və İrs” adlı konsert proqramını izləyiblər.
Tədbirdən fotoları Alyona Əliyeva paylaşıb.
A.Əliyeva paylaşımında bunları yazıb:
“Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gənc və istedadlı balalarımızın musiqi ifaları, eləcə də unudulmaz rəqs çıxışları ilə yadda qalan “Rezonans və İrs” adlı konsert proqramı baş tutdu.
Tədbir zamanı Nine Senses Yaradıcılıq Mərkəzində Türkiyə Respublikasından dəvət olunmuş şüşə sənətçisi Nasuf Cömert öz əsrarəngiz sənət əsərlərinin hazırlanma prosesini nümayiş etdirərək bizi və balaca dostlarımızı bu qədim və incə sənətin sirləri ilə tanış etdi”.