Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Oğlumun atası ilə görüşünə heç bir qadağam yoxdur”

“Oğlumun atası ilə görüşünə heç bir qadağam yoxdur”

Aktrisa Oksana Rəsulova oğlu Osman və onun atası, aktyor Şəhriyar Əbilovla münasibətindən danışıb.

Sənətçi bu barədə “Kəşfet” proqramında qonaq olarkən açıqlama verib. Oksana bildirib ki, oğlu doğulduğu gündən ailəsinin yanında böyüyür və onun üç nənəsi var:

“Doğma xalam Osman doğulduğu gündən bizdə qalır. Osmanın üç nənəsi var. Analar tanıyıram ki, uşağın yanından ayrılmır. Amma müəyyən vaxtdan sonra uşaq anadan uzaqlaşır. Osman harada olursa, ya atası, ya da mən yanında oluruq. İkimiz eyni anda getmirik. İş qrafikimiz fərqlidir. Daha çox mən oluram. Atası ilə bağlı qadağam yoxdur.

Şəxsi həyatımla bağlı heç nə bölüşmək istəmirəm. Başıma bəla olur. Osman nə ana, nə də ata sevgisindən məhrum olmayıb”.