Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünyaca məşhur təhsil platforması azərbaycanlı müğənni ilə əməkdaşlıq edib

Dünyaca məşhur təhsil platforması azərbaycanlı müğənni ilə əməkdaşlıq edib

Dünyanın ən məşhur təhsil platformalarından biri olan Duolingo azərbaycanlı müğənni Sabi Qarqonun ifasını diqqət mərkəzinə gətirib.

SHOWNEWS.AZ xəbər verir ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənninin “Bazovy minimum” adlı mahnısı Duolingo-nun 5,4 milyondan çox izləyicisi olan rəsmi Instagram səhifəsində paylaşılıb. Bununla da ifaçı beynəlxalq auditoriyanın diqqətini çəkib.

Məlumata görə, Duolingo komandası Sabi Qarqo ilə əlaqə saxlayıb və tərəflər arasında yazışma baş tutub. Hətta əməkdaşlıq da həyata keçirilib.

Qeyd edək ki, Duolingo sadəcə xarici dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş tətbiq deyil. Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın istifadə etdiyi platformada ingilis, rus, ispan, fransız, alman və onlarla başqa dil öyrədilir. Bununla yanaşı, istifadəçilər musiqi, riyaziyyat və şahmat üzrə də bilik və bacarıqlarını inkişaf etdirə bilirlər.