Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

12 il həbs cəzası alan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

12 il həbs cəzası alan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

SHOWNEWS.az-ın əldə etdiyi eksklüziv məlumata görə, 2020-ci ildə həbs edilən və 2022-ci ildə 12 il müddətinə azadlıqdan məhrum olunan Vilyam Hacıyev bu gün cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. O, külli miqdarda mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla mühakimə olunmuşdu.

2024-cü ildə Ali Məhkəmənin qərarı ilə onun 12 illik həbs cəzası 8 il 6 aya endirilmişdi.

Sabiq icra başçısının azadlığa buraxılması ilə bağlı xəbər SHOWNEWS.az-ın eksklüziv məlumatıdır.