51 yaşlı Cennifer Lopes “Allure” jurnalının mart nömrəsinə fərqli obrazda çıxıb. Fotosessiyada Cennifer uzun müddətdən bəri ilk dəfə qısa saç kəsimində əks olunub.
Bu barədə “Star News” xəbər yayıb.
Adətən pop-ulduz uzun saçlarla eksperiment edir. Ancaq yeni obrazında da onun ideal görünüşü pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib.