Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kərimə deyirdi get arvadını öldür, həbsxanaya gir” Mətanətin gəlinindən ŞOK AÇIQLAMALAR

“Kərimə deyirdi get arvadını öldür, həbsxanaya gir” Mətanətin gəlinindən ŞOK AÇIQLAMALAR

"Kərim dəfələrlə mənə, övladlarıma şiddət göstərib. Rəsmi boşanmamışıq, amma məhkəməyə müraciət etmişəm. İş davam edir".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O, həyat yoldaşı Kərimin onu döyməsindən danışıb. Canana bildirib ki, Mətanət bunu bilsə də, oğluna hər zaman haqq qazandırıb:

 

"Bir gün qızım nənəsigilə getmək istədi, uşaq ağladı. Atası salıb otağa döyməyə başlayır, ağzına balınc qoyub öldürmək istəyirdi. Uşağımı əlindən alıb, hamama saldım, üzünə su vurdum. Qızımı çəkib atdım Mətanətə. Özü də bilirdi ki, Kərim uşaqları döyür. Sonuncu dəfə ona yazdım ki, mən sizdən heç nə istəmirəm, uşaqlarıma kömək edin. Niyə mənim övladlarımın evi yoxdur? Sonuncu dəfə Kərim məni Mətanətin üstündə döydü. Dörd dəfə başımı yerə çırpdı, sürüyüb eyvandan yerə atmaq istəyirdi. Oğlum Tuncay əlindən güclə aldı. Mətanət gəlib deyir ki, əcəb edib. Kərimə deyirdi ki, get arvadını öldür, həbsxanaya gir". 

Canana M.İsgəndərlinin evinə köçməməsinin səbəbini açıqlayıb. O deyib ki, ifaçının qızı Ülkər onlara imkan verməyib:

"Hamı məni qınayır ki, guya, Mətanət İsgəndərlinin evinə köçmürəm. Bizim qaldığımız ev söküldü, kirayədə qaldım. Hökumət verən pulla ödəniş edirdim. Dedilər, kirayə pulu bahadır, getdik Mətanət İsgəndərli yaşayan binada ucuz ev tutduq. Əvvəl istəmirdim, çünki uşaqlarımın tərbiyəsinə qarışırdı. Razılaşdım... Sonra qərar verdilər ki, köçək Mətanət xanımla yaşayaq. Ona da razılaşdım. Mətanət İsgəndərli yaşadığı evi qızı Ülkərə verib. Ülkər bizim ora köçməyimizə narazıçılıq etdi. Anasına zəng vurub deyir ki, xeyir ola mənim evimə qonublar. O, karantində Bakıda olanda da heç uşaqlarımı evə buraxmırdı, deyirdi, səsi başıma düşür. Mətanət xanım da onun hirsini məndən çıxırdı. Hər gün mənə ağzına gələni deyirdi. 

Bir dəfə də məni təhqir etdi, çıxdım ki, bir də bu evə qayıtmayacam. Getdim əvvəl kirayə qaldığımız evə. Hələ təhvil verməmişdik. Kərim Türkiyədə idi, Mətanət də yanına yollandı. Birləşib düşdülər üstümə. Gedib başqa yerdə ev tutdum, indi uşaqlarımla kirayədə qalıram. Nə kirayə pulun verirlər, nə də uşaqlara baxırlar".

Qeyd edək ki, Mətanət İsgəndərli və oğlu Kərim hazırda Rusiyadadır. Onlar telefonlarını söndürüb.