Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Damla gedib nəzir versin ki, onu reklam edirəm" - Elza Seyidcahan

"Damla gedib nəzir versin ki, onu reklam edirəm" - Elza Seyidcahan

"Damla gedib nəzir versin, sevinsin ki, onu reklam edirəm".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Günə bir şou" proqramında deyib. Müğənni bayağı mahnılarla bağlı deyilənlərə əsəbiləşib:

 

"Bayağı mahnı yoxdur. Ara musiqisidir ki, bu da hər zaman olub. Ələkbər Tağıyevin mahnılarını da ara musiqisi adlandirirdilar. Bir də var virus mahnılar. İndikilər virusdur".

Seyidcahan Damla ilə qalmaqal etməsinə "Damlanın fotosunu bir verilişdə qoydular, onun haqda fikir bildirmişəm. Başqaları deyir ki, kaş bizim fotomuz olardı. Damla nəzir paylasın ki, onu reklam etmişəm. Müğənnilər var gözləyir ki, mən onların adın çəkim reklam olsunlar" cavabını verib.