Müğənni Nadir Qafarzadə özünə qoyduğu qadağadan danışıb.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi "MTV Azərbaycan"a açıqlamasında bəzi verilişlərə getməyəcəyini bildirib:
"Hər efirə getmirəm, sayıram, seçirəm. Bəsdir artıq kiməsə görə çıxdıq. Bu dostdur ona görə çıxım, bunun xətrinə dəyməyim, bitdi artıq. Yaralı yerimə toxunurlar, zəif nöqtəmi tuturlar. Məni ağladacaq kadrlar göstərirlər. Lazımsız adamlar lazımsız mövzulara görə mənə zəng edirlər".