Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Səbinə Əskərova çox sərt danışdı "Bu faciədir"

Səbinə Əskərova çox sərt danışdı "Bu faciədir" "Çox təəssüf ki, Azərbaycanda istirahət üçün harasa gedəndə, istirahət mərkəzləri, əyləncə məkanları ancaq xarici mahnıları səsləndirir. Hətta alış-veriş üçün ticarət mərkəzlərinə gedəndə də eyni halla rastlaşırıq. Bu faciədir". Bu fikirlər müğənni Səbinə Əskərovaya aiddir. SHOWNEWS.AZ-a danışan sənətçi bu vəziyyətdən narazı olduğunu gizlətməyib: "Hara gediriksə türk, rus və ya Avropa mahnıları səslənir. Niyə axı öz sənətçilərimizə qarşı biganəyik? Təəssüf ki, radiolarda da eyni hal və ya buna oxşar hallar çoxdur. Uzağa getməyək, bizə ən yaxın olan Türkiyəyə baxın. İstənilən istirahət mərkəzinə getdikdə ancaq türk mahnıları səslənir. Tək-tük xarici mahnı verirlər. Ora gələn xaricilər də istər-istəməz türk mahnısı dinləmək məcburiyyətində qalır. Bu özü də mədəniyyətə, musiqiyə, incəsənətə olan dəstəkdir. Çox istərdim bu Azərbaycanda da belə olsun". Siz müğənninin fikri ilə razısınız?