"Uzun müddətdir efirə çıxmıram, heç bu haqda düşünmürəm də. İstəmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli İnstaqramda canlı yayımda deyib. Müğənni izləyicilərinin suallarını cavablandırıb.
N.Ələsgərli işğaldan azad olunmuş torpaqlarımızda konsert verməyi planlaşdıran sənətçilərə söz atıb:
"İşğaldan azad edilən torpaqlarımızı ziyarət etmək istəyirəm, edəcəm də. Amma o torpaqlarda oxuya bilmərəm. Mənim ürəyim gəlməz orada konsert vermək. Oranın hər qarışında bizim gənclərimizin ruhu var. Adamın orada çalış-oynamağa ürəyi dözməz. Mən edə bilmərəm. Yəqin cavanlar edər. Cavanlarımız gedər, oxuyub-oynayarlar, kef edərlər. Amma məncə, bizim nəsil etməz, o qədər ürəkaçıqlığı ilə getməz".