Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məşhur müğənni islam dinindən İMTİNA ETDİ

Məşhur müğənni islam dinindən İMTİNA ETDİ Basma təxəllüsü ilə çıxış edən küveytli müğənni İbtisam Həmid dinini dəyişdiyini bəyan edib.

"EADaily" portalının məlumatına görə, o, islamdan imtina edərək yəhudiliyi qəbul etdiyini açıqlayıb.

İfaçı 15 saniyəlik videoçarxla pərəstişkarlarına müraciət edib.

Basma bu addımını ölkəsindəki özünüifadə və qadın hüquqlarının məhdudlaşdırılması ilə izah edib. O, həmçinin İsraillə münasibətlərin normallaşdırılması tərəfdarı olduğunu bildirib.

Müğənninin bu addımı sosial şəbəkələrin ərəbdilli auditoriyası arasında böyük narazılıqla qarşılanıb. İstifadəçilər onun həbs olunmasını tələb ediblər.

Qeyd edək ki, İbtisam Həmid Küveytdə yaşasa da, İraq vətəndaşıdır.