"Günün sədası" proqramı Əməkdar artist Vasif Məhərrəmlinin evində çəkiliş edib.
Axşam.az xəbər verir ki, müğənni "Evimi bir neçə dəfə efirdə göstərmişəm, tamaşaçıya bəllidir. Balaca bir evimiz var, oturmuşuq. Pandemiyada buna da şükür" deyə bildirib.
V.Məhərrəmli toydan qazandığı qonorarla bağlı suala "Məni dilə-dişə salmayın. Bakıdakı toylarda əvvəldən qiymət danışıb gedirik, orada başqa heç nə olmur. Elə böyük pullar qazanmamışam. O cür böyük pulları Ədalət Şükürovla Vüqar Əbdülov qazanıb. Bir-iki dəfə payıma yaxşı pul düşüb. Mən səhnə üçün darıxmışam, pul üçün yox. Əlimdən gəldiyi qədər yardım da edirəm. Qohumlarıma da əl tuturam" cavabını verib.