Türkiyədə şəhid general-mayor Polad Həşimovun xatirəsinə film həsr olunub.
SHOWNEWS.AZ xəbər verir ki, ölkənin nüfuzlu “Yenişafak” qəzetinin layihəsi olan “Tabuta sığmayanlar” proqramın 104-cü buraxılışını şəhid general-mayor Polad Həşimova həsr edib.
Sənədli filmin rejissoru Samir Babaoğlu və Ender Çinardır.
Ekran işində Polad Həşimovun bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, verilişin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmişdi.