Müğənni Günay İbrahimli açıqlamaları ilə diqqət çəkib.
"Şou-biznesdə hər kəslə münasibətim gözəldir. Küsülü olduğum insan yoxdur. Sadəcə olaraq dostluq eləmirəm. Bu o demək deyil ki, mən onları bəyənmirəm. Sadəcə olaraq fikir vermişəm qızlar arasında paxıllıq olur, oğlan müğənnilər isə bildirmirlər. Amma qızlar bir az keçən kimi bildirirlər. İçlərində səmimiləri də, qeyri-səmimiləri də var. Insan hiss edir də sənə qarşı kim səmimi, kim qeyri-səmimidir. 10 nəfər yaxşı ifaçı varsa, top -5 likdəyəm. Niyə də yox?Xəyanəti bağışlamıram. Dost xəyanəti də görmüşəm. Mənə yalnış hərəkətlər ediblər, yaşamışam. Zaman keçir, insan həyatdan dərs götürür. Insan başına gəlməyincə bilmir. Zamanla insan püxtələşir, oturuşur, düzgün seçim edə bilirsən, bunlar şərtdir. Mən hər il nəsə öyrənirəm, daha təmkinli olmuşam. Çox emosional bir xanımam. Amma o emosiyamı bir az azaltmışam. Özümdə olan səhvləri çalışıram ki, düzəldim. Və ana olmaq duyğusu var. Əlbəttə ki, var. Bütün xanımlar kimi məndə də var. Necə ana olacaq Günay? 100 faiz tələbkar olacam övladlarıma qarşı"