Müğənni Elton Hüseynəliyev həyat yoldaşı Tamillaya xəyanət etdiyini deyib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda “Atv maqazin onlarla” verilişində danışan ifaçı rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb.
O, “Ailədə nəyi bağışlamaq olmaz” sualına belə cavab verib:
“Xəyanəti bağışlamaq olmaz. Həm kişinin, həm də qadının xəyanəti bağışlanılmazdır. Amma həyat yoldaşım onu mənə bağışladı. Doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli doğması da onu bağışlayar... Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin.
Ailəmi tərk edib, bir il onlardan uzaqlaşdım. O səhvi yenidən etmək istəməzdim. Amma insan o məqama qayıda bilmir. Düzəltmək üçün bundan sonra onları həmişə xoşbəxt etmək lazımdır. Çünki hər bir insan üçün ən gözəl nemət ailəsidir. İndi ailəmlə çox xoşbəxtəm. Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun həyat yoldaşı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. O, mənə görə çox cəfa çəkib. Səni qəlbdən istəyən biri yoxdursa, nə qədər uğur qazansan da o uğuru, sevinci paylaşmağa kimsə olmadıqda onlar hamısı mənasızdır”.
Qeyd edək ki, Elton və Tamilla cütlüyünün iki qız övladı var.