Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Xoşbəxtəm, arxamca ağlamayın" - Yalçın Rzazadənin SON SÖZLƏRİ

"Xoşbəxtəm, arxamca ağlamayın" - Yalçın Rzazadənin SON SÖZLƏRİ

Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə mediaya açıqlamasında atasının vəsiyyətindən danışıb. 

 

Axşam.az xəbər verir ki, Orxan mərhum müğənni haqda bunları deyib:

"Atam dünən saat 17:00-da rəhmətə getdi. Son günlər səhhəti pisləşmişdi. Hətta 3 gündür danışmaqda çətinlik çəkirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm. 

Heç vaxt ailəsi haqqında danışmağı sevməzdi. Efirə ailəsini çıxarmağı da xoşlamırdı. Ağlamaq şakəri deyildi. Vəsiyyət olaraq deyirdi ki, məndən sonra ağlamayın".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında dünyasını dəyişib.