Xalq artisti Rafiq Hüseynov (Rəmiş) palataya köçürülüb.
SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
O bildirib ki, R. Hüseynov hazırda palatada müalicəsini davam etdirir, səhhətində əvvəlkinə nisbətən xeyli irəliləyiş var.
Qeyd edəki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.