Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Manaf Ağayev Günelin adı ilə özümü reklam etdi” - İsa Şükürov

“Manaf Ağayev Günelin adı ilə özümü reklam etdi” - İsa Şükürov

"Manaf Ağayev Günelin kredit borcunu ödəyəcəyini desə də, bunu etmədi amma özümü yaxşı reklam etdi".

SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı jurnalist İsa Şükürov Dalğa TV-də yayımlanan "Günə bir şou" verilişində edib. 
Verilişin aparıcısı Tarix Əliyev kredit ödənişini etmək üçün Manaf Ağayevin zəng edib və pulu göndərmək istəməsini desə də, jurnalist bu açıqlamanı da müğənninin reklam üçün qurulmuş bir ssenarisi adlandırıb:

"Manaf Ağayev sənə niyə zəng edir? Sən məgər Günelin prodüserisən? Yoxsa Günelin işçisisən? Ödənişi etmək istəyən banka gedir. Bunun başqa yolu yoxdur. Bunu qoyaq kənara. Ən vacib məsələ isə Günel heç kəsdən yardım istəmədi. Onun bu məsələni qabartmaqda məqsədi minlərlə banka ödəniş etməkdə çətinlik çəkən insanların problemini gündəmə gətirmək idi".