Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qızımı ərə verim, sonra özüm ərə gedərəm" Nahidə Orurova

"Qızımı ərə verim, sonra özüm ərə gedərəm" Nahidə Orurova

Əməkdar artist Nahidə Orucova əməliyyatdan sonra görünüşünün cəmiyyətdə birmənalı qarşılanmadığını deyib.

SHOWNEWS.AZ xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktrisa xüsusən əks cinsin nümayəndələri tərəfindən tənqidi fikirlərə tuş gəldiyni bildirib:

"Sosial şəbəkədə fotolarımı paylaşıram, əks cinsin nümayəndələri hərəsi bir söz yazır. Kişilər yazır ki, kök vaxtınızda bomba kimiydiz, indi yox, nahaq əməliyyat etdirmisiz. Mən də bildirirəm ki, bunu o vaxt yazaydınız, mən də işimi biləydim. İş işdən keçəndən sonra mən neyləməliyəm?

Bəziləri də mənə sevgidolu sözlər yazır, evlilik təklifi edir. Amma mən hələ ki, ərə getməyi planlaşdırmıram. Çünki qızım var, onun gələcəyini düşünürəm. Ondan sonra öz barəmdə plan quraram. Qızımı ərə verim, sonra özüm ərə gedərəm.

Əslində mən gözəllik naminə özümü arıqlatmamışam. Səhhətimdə ciddi problemlərim olub, mədə problemləri yaşamışam. Ağrılardan qurtulmaq üçün əməliyyat olundum. İndi özümü çox xoşbəxt sayıram".