Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Moskvada 17 konsert verdim, 48 min manat borcumu bağladım” - Şəbnəm Tovuzlu

“Moskvada 17 konsert verdim, 48 min manat borcumu bağladım” - Şəbnəm Tovuzlu “Moskvada 17 konsert və 2 el şənliyində oxudum. Banka borcum var idi. Elə Moskvadan 48 min manat borcumu bağladım”.   SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı müğənni Şəbnəm Tovuzlu prodüser Tarix Əliyevin aparıcısı olduğu “Günə bir şou” verilişində bildirib.  Müğənni əlavə edib ki, Moskvada olsa da, toy və konsert qiymətlərində cüzi endirim edib: “Əvvəl Rusiyada toylara 6 min dollara gedirdim. Pandemiyada qiyməti az da olsa endirdim. 4 min dollar qonorar alırdım”.   Şəbnəm Tovuzlu bildirib ki, Xəyyam Nisanov ona zəng edərək qiyməti çox aşağı salmamağı məsləhət görüb. Əks halda sonra qiyməti qaldırmaq mümkün olmayacağını deyib.