
"Qızıl 10luq" layihəsi ilə tamaşaçıların yaddaşında qalan məşhur televiziya aparıcısı Zemfira Adıgözəlova yenidən ekranlara geri dönür.
SHOWNEWS.AZ xəbər verir ki, bu gün doğum gününü qeyd edən Z. Adıgözəlova eyni zamanda yeni fotosessiyasını da izləyiciləri ilə bölüşüb.
Səbəbkar hansı kanala qayıdacağını açıqlamasa da, bunun yaxın zamanda baş verəcəyini açıqladı.
Qeyd edək ki, uzun müddət televiziyadan ayri düşən Adıgözəlova böyük layihələr, konsert və tədbirlərin müəllifi olub. Hal-hazirda ölkənin böyük hallarından birinə rəhbərlik edir.